Başçısı həbs olunan rayon haqda maraqlı xəbər

saytların hazırlanması

Evə çatdırılma

Başçısı həbs olunan rayon haqda maraqlı xəbər

Sosial

21 Avqust 2020 16:24 678


Kürdəmirin keçmiş icra baçısı, Baş Prokurorluq yanında Korrupsiaya Qarşı Mübarizə İdarəsinin əməliyyatı nəticəsində həbs edilən Ceyhun Cəfərov məktəblərdən pul yığırmış. Rəsmi məlumatda bildirilir ki, o rayon ərazisində yerləşən məktəblərdən müxtəlif vaxtlarda 120.000 manat rüşvət alıbmış. 

Yenisabah.az xəbər verir ki, bu məsələyə toxunan deputat Etibar Əliyev Kürdəmir təhsili ilə bağlı maraqlı faktlar açıqlayıb.

“2018-2019-cu tədris ilində Kürdəmir rayonunun Mollakənd qəsəbə, Qarabucaq kənd, Q. Sadıqov adına Mollakənd kənd, Carlı kənd, Böyük Kəngərli kənd, E. Qurbanov adına Qarasu kənd, və Garıs-Əyribənd kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisələrinə daxil olmayıb. Belə məktəblərdən pul yığarlar!? Rayonda 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 33 faizdir”, - deyə deputat bildirib. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!