Bayden ABŞ vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırdı

Bayden ABŞ vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırdı

Dünya Veb saytların hazırlanması

18 Sentyabr 2023 22:29 340


ABŞ Prezidenti Cozef Bayden ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, o bunu ciddi risklər olması ilə izah edib.

“Vətəndaşlarımızın evlərinə qayıtmasını (əsir mübadiləsi çərçivəsində - Qeyd) alqışlayarkən bir daha bütün amerikalılara İrana səfərlərin ciddi risklər ilə bağlı olduğunu xatırladıram. ABŞ pasportu olanlar oraya getməməlidir”, - Bayden deyib.

ABŞ lideri əlavə edib ki, İranda Amerika vətəndaşları oğurlanma, əsassız həbs və saxlanma ilə üzləşə bilərlər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!