Bələdiyyə ərazisində başlayan yanğın meşə sahəsinə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə ərazisində başlayan yanğın meşə sahəsinə keçdi

Hadisə

20 Avqust 2022 13:48 1020


“Bu gün səhər Siyəzən rayonunun bələdiyyə ərazisində başlayan yanğın hazırda meşə sahəsinə keçib, tərəfimizdən yanğının söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Şabran rayonu  ərazisindəki yanğın isə lokallaşdırılıb”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.

O qeyd edib ki, Şabran və Siyəzəndə baş verən yanğınlar hamımızı sarsıtdı, yenə də insanların ehtiyatsızlığından təbiətimiz zərər gördü. Toyuqlu pizza

“Yanğın başlayan gündən ETSN-in yerli qurumlarının bütün əməkdaşları, FHN-in yanğınsöndürənləri, ictimaiyyət nümayəndələri yanğının daha geniş ərazilərə keçməsinin qarşısını almaq üçün çalışırlar”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!