Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatdı

Sosial

30 Dekabr 2024 18:40 302


Bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir. pizza hut

Bu proses səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək başa çatdırılır.

"Təqvim Planı"nda namizədliyini irəli sürmək istəyən şəxslərin sənədlərini təqdim etməsi üçün müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18:00-dək müəyyən edilib. Beləliklə, bələdiyyəyə namizəd olmaq istəyənlər sənədlərini bu gün saat 18:00-a qədər təqdim edib başa çatdırıblar.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci ilin yanvarın 29-na təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!