“Bəlkə də son edəcəyimdir“ - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Bəlkə də son edəcəyimdir“ - Əməkdar artist

Şou

14 Oktyabr 2022 15:25 1027


Əməkdar artist Aybəniz Haşımova SSSR Xalq artisti Şövkət Ələkbərova üçün xatirə gecəsi keçirəcək.

Yenisabah.az xəbər verir ki, bu haqda o, sosial şəbəkə hesabında məlumat verib:

“O böyük günə az qaldı. Allahın izni ilə o böyük günə hazırlaşıb, əlimdən gələn nə varsa ustadım üçün hamısını edəcəyəm. Bəlkə də bu son edəcəyimdir... Nə bilim... Həyatın özü də insanları kimi nankor, vəfasızdır. pizza mizza

Şövkət Ələkbərova həmişə məni qoruyurdu, çox sevirdi və inanırdı. İnam gözəldir, kaş ki, inam işığı heç kəsin qəlbindən qəlbindən sönməsəydi. Necə ki, onun qəlbində bir gün belə "mən" adlı işığın sönməsinə imkan vermədim.

O, dünyadan getdi, ancaq ruhunun da qarşısında onun inam işığına nadürüst olmadım. Onu özünə dediyim kimi çox sevdim, ömrümün sonunadək. Şövkət xanım bu sevgini özü qazanmışdı: ləyaqəti, sədaqəti, böyük məhəbbəti və sənətiylə".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!