Berdiməhəmmədova Qəhrəman adı verildi

Berdiməhəmmədova Qəhrəman adı verildi

Dünya Veb saytların hazırlanması

24 Sentyabr 2023 22:24 496


Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov bu ölkənin Qəhrəmanı adı verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Türkmənistan. Qızıl əsr" rəsmi nəşri məlumat yayıb.

Dövlət başçısı bu ada ölkənin müstəqilliyinə və inkişafına verdiyi töhfəyə görə layiq görülüb.

Nəşrin məlumatına görə, bazar günü Türkmənistan Xalq Maslaxatının (Xalq Şurasının) iclası zamanı Berdiməhəmmədova Türkmənistan Qəhrəmanı adının verilməsi ilə bağlı təntənəli mərasim keçirilib. Təntənəli mərasimdə ölkə parlamentinin sədri Dünyagözəl Gülmanova “Türkmənistan Prezidenti Berdiməhəmmədov Sərdar Qurbanquliyeviçə Türkmənistan Qəhrəmanı adının verilməsi haqqında” ölkə parlamentinin qərarını oxuyub./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!