İyunun 10-da Binə qəsəbəsi ərazisində yetkinlik yaşına çatmayan 2 şəxsə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Xəzər Rayon Prokurorluğu məlumat yayıb.
Aparılan araşdırmalarla 2006-cı il təvvəllüdlü M.Babayevin (şərti) aralarında yaranmış mübahisə zamanı iki həmyaşıdına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Sezar pizza
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. M.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Telegram kanalımız