Hava limanı-Mərdəkan yolunda “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, 10 TG 103 Dövlət Qeydiyyat Nişanlı avtobus qarşısında hərəkət edən mersedes markali minik avtomobili ilə toqquşub. Daşıyıcının verdiyi məlumata görə hadisə nəticəsində avtobuslardakı sərnişinlər arasında xəsarət alan olmayıb. pizza sifarişi
Qəza zamanı azı bir nəfərin ölümü və yaralıların olması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir.
Telegram kanalımız