Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell Rusiyanı Xerson vilayətində atəşi dərhal dayandırmağa çağırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
Diplomatın sözlərinə görə, Aİ “Kaxovka” SES bəndinin dağıdılmasından sonra Xerson vilayətində mülki əhalinin xilas edilməsi səylərinə xələl gətirən artileriya atışları barədə xəbərlər alır.
Borrell bildirib: “Biz Rusiyanı bu qəbuledilməz hərəkətləri dərhal dayandırmağa çağırırıq”.
Telegram kanalımız