Böyük müharibə gözlənilir: Fransada hərəkətə keçildi

saytların hazırlanması

Evə çatdırılma

Böyük müharibə gözlənilir: Fransada hərəkətə keçildi

Siyasət

28 Aprel 2024 21:13 5495


Fransada “Sülh naminə” aksiyasının iştirakçıları ölkənin NATO və Avropa İttifaqından çıxmasını tələb edirlər. Parisdə minlərlə insan küçələrə axışaraq Fransa hökumətinə qarşı etiraz aksiyası keçirib. Qeyd edək ki, bu, Fransada keçirilən ilk aksiya deyil. Bu cür tələblərlə sonuncu nümayiş martın ortalarında da təşkil edilib.

Maraqlıdır, Fransa NATO və Aİ-dən çıxacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, NATO-nun parçalanması məsələsi aktualdır: Marqarita pizza

“Bu, dünyada baş verən proseslər və Ukraynada gedən müharibədən qaynaqlanır. Çünki Ukraynadakı müharibə dünyanın təhlükəsizlik arxitekturasını dəyişir. Digər tərəfdən, bu müharibə Kollektiv Qərb arasında ciddi ziddiyyətlər yaratdı. Nəinki ABŞ və Aİ arasında, hətta Birləşmiş Ştatlar və Aİ daxilində belə Ukraynaya yardımla bağlı fikir ayrılıqları var”.

Siyasi şərhçinin sözlərinə görə, Fransa tarxində belə hadisələr bir neçə dəfə olub:

“Bunun da səbəbləri var.

Birincisi, Fransa daxilindəki “vətənpərvərlər” və radikallar bəzi dövlətlərin, xüsusən də ABŞ-ın NATO-nu müharibəyə apardığını düşünürlər.

İkincisi, bu, ehtimal Rusiya-NATO müharibəsinə görədir. Bəzi siyasətçilər Fransanın Rusiya ilə müharibəyə girməsini istəmirlər.

Üçüncüsü, Fransa dünyada nüfuzunu itirir. Siyasi aktor kimi rəsmi Paris Emannuel Makronun hakimiyyəti dövründə nüfuz baxımdan da geriləyib. Özünü uşaq kimi aparan prezidenti olan ölkənin NATO və Aİ-də nə işi var?! Lakin yaxın zamanda Fransanın bu təşkilatlardan çıxması gözlənilmir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!