Bu abituriyentlər təkrar imtahana buraxılırmı? - DİM-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bu abituriyentlər təkrar imtahana buraxılırmı? - DİM-dən açıqlama

Sosial

30 Avqust 2020 11:55 869


Xəbər verdiyimiz kimi, builki qəbul imtahanlarında hərarəti yüksək olan abituriyentlər imtahana buraxılmayıb.

Bəs həmin abituriyentlər sonradan imtahanlarda iştirak etmək şansı qazanıbmı?

Yenisabah.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında həmin abituriyentlərin taleyinə aydınlıq gətirib: pizza

"İmtahanın birinci mərhələsində iştirak edə bilməyənlər üçün digər imtahan günlərinin birində şərait yaradılıb və hamı iştirak edib".

İmtahanların ikinci mərhələsində yüksək hərarət səbəbindən iştirak edə bilməyən abituriyentlərə gəlincə, DİM rəsmisi bunun mümkün olmadığını söyləyib:

"Qəbul imtahanlarının ikinci mərhələsi isə bir dəfə keçirilir və hər hansı səbəbdən bu imtahanlarda iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilmir. İmtahanlar yekunlaşmalıdır ki, müsabiqə keçirilsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!