Bu Bakı kəndində əl qumbaraları və partladıcılar aşkarlanıb   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bu Bakı kəndində əl qumbaraları və partladıcılar aşkarlanıb - VİDEO

Kriminal

25 Mart 2024 10:45 1025


Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində əl qumbaraları və partladıcılar aşkarlanıb.

Bu barədə “Yeni Sabah"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Dominos pizza

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 132 ədəd 7.62x9 mm-lik mərmi, 1 ədəd tüstülü şaşka və 2 ədəd Kalaşnikov markalı avtomatın darağı olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!