Bu gün Soçidə nədən danışılacaq?

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Soçidə nədən danışılacaq?

Dünya

05 Avqust 2022 09:10 982


Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin bu gün Soçi danışıqları zamanı Suriya və Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcəklər.

Yenisabah.az "Anadolu"ya istinadla xəbər verir ki, tərəflər "taxıl dəhlizi" yolunda problemlərin aradan qaldırılması üçün addımları müzakirə edəcəklər.

Ərdoğan Ukrayna məsələsini müzakirə edərkən Ankaranın münaqişənin həllinə töhfə verməyə hazır olmasına diqqəti yönəltmək niyyətindədir. pizza hut

Həmçinin, iki ölkə arasında ticarətin artırılması, əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən enerji və müdafiə sənayesi, strateji layihələrin həyata keçirilməsi mövzularını müzakirə ediləcək.

Bundan əlavə, Kreml Putin və Ərdoğanın ikitərəfli hərbi-texniki əməkdaşlıq mövzusunu qaldıracağını istisna etməyib. 

Rusiya Federasiyası və Türkiyə prezidentlərinin görüşünün gündəliyinə son günlər kəskinləşən Qarabağ münaqişəsi mövzusunun daxil ediləcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!