Qırğızıstan parlamenti dövlət dili haqqında qanun layihəsini qəbul edib.
Yenisabah.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, layihənin təşəbbüskarı hökumət başçısı Akılbek Japarovdur.
Yeni qəbul edilmiş qanuna əsasən, qırğız dilini orta səviyyədə (B1) bilməyən vətəndaşlar dövlət və bələdiyyə qulluğunda işləyə bilməyəcəklər.
Bundan başqa, televiziya şirkətləri kontentin yarıdan çoxunu qırğız dilində hazırlamalı, saytların qırğızca versiyalarında informasiya digər dillərdəki versiyalardan az olmamalıdır.
Telegram kanalımız