“Bu qondarma referendum tamamilə saxtadır” - Baydendən reaksiya

“Bu qondarma referendum tamamilə saxtadır” - Baydendən reaksiya

Dünya Veb saytların hazırlanması

30 Sentyabr 2022 18:00 849


ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində təşkil etdiyi referendumların “tamamilə yalan” olduğunu və Rusiyanın Ukrayna ərazisindəki iddialarını heç vaxt tanımayacaqlarını bəyan edib.

Yenisabah.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ukraynada keçirilən referendumları tənqid edərək, bunun "tamamilə yalan" olduğunu deyib.

ABŞ-Sakit Okean Ada Ölkələri Sammiti çərçivəsində etdiyi çıxışda Bayden Ukraynada keçirilən referendumlarla bağlı ilk açıqlamalarını verib.

Ölkələrin suverenliyi və ərazi bütövlüyünün onlar üçün çox önəmli olduğunu vurğulayan Bayden, Rusiya-Ukrayna müharibəsində hər zaman Ukraynanın yanında olacaqlarını bildirib.

"Birləşmiş Ştatlar Rusiyanın suveren Ukrayna ərazisi ilə bağlı iddialarını heç vaxt qəbul etməyəcək. Bu qondarma referendum tamamilə saxtadır. Referendumun nəticələri Moskvada hazırlanıb" - deyə Bayden bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!