“Bu sərəncamın verilməsi təqdirəlayiq hadisədir” 

saytların hazırlanması

Evə çatdırılma

“Bu sərəncamın verilməsi təqdirəlayiq hadisədir” 

Siyasət

17 Yanvar 2024 17:11 820


Ötən ilin dekabr ayının 30-da Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı müvafiq sərəncamın verilməsi dövlətin Rəsulzadə irsi və onun şəxsiyyətinin təbliğ edilməsi istiqamətində atdığı addımları prioritet olaraq görməsi anlamına gəlir.

Məhəmməd Əmin Rəsulzadə kimi tarixi bir şəxsiyyətin bu il 140 yaşının tamam olması və onun kimliyinin Azərbaycan xalqının beynindən silinməməsi belə bir şəxsiyyətin ölkəmiz və millətimizin taleyində oynadığı rolu bariz olaraq sübuta yetirir.

Rəsulzadə və silahdaşları böyük imperiyaların qılınclarının dalı-qabağı kəsən zamanlarda İstiqlal Bəyannaməsi ilə Azərbaycanı müstəqil bir dövlət etməyi bacarmış və 23 ay ərzində bu ölkəni ayaqda saxlaya bilmişdi. Yoxdan bir cümhuriyyəti var edən bu şəxsiyyətlər sovet təqiblərinə məruz qaldığı illərə qədər yalnız Azərbaycanı düşünmüş, onun sovet əsarətindən qurtulması üçün bir sıra addımlar atmışdılar.  pizza mizza

Məhz bu şəxsiyyətlərdən biri də Məhəmməd Əmin Rəsulzadədir. Hansı ki, onun fikir babası olduğu ideyaların nəticəsində bu gün varisi olduğumuz cümhuriyyət qurulub.

Yenisabah.az-la söhbətində tarix elmləri doktoru, BDU-nun müəllimi Nəsiman Yaqublu da söyləyib ki, M. Ə. Rəsulzadənin 140 illiyə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncamın verilməsi çox əhəmiyyətlidir:

“Bundan öncə də Azərbaycanın görkəmli dövlət xadimləri olan Əhməd Ağaoğlu, Əhməd Cavad, Əli bəy Hüseynzadə və s. cümhuriyyətimizin qurulmasında rol oynamış şəxsiyyətlərlə bağlı sərəncamlar verilib. Hətta dövlət başçısı 2018-ci ildə cümhuriyyətin 100 illiyi ilə bağlı sərəncam da vermişdi.

Bu sərəncamların verilməsi təqdirəlayiq bir hadisə, eləcə də tariximizə və tariximizdə rol oynayan şəxsiyyətlərimizə dəyərli yanaşmanın göstəricisidir. Biz bunu təqdir edirik. 

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı ötən ilin dekabr ayında Prezidentin müvafiq sərəncamı oldu. Mən də Rəsulzadə İrsinin Araşdırılması Mərkəzinin sədri kimi ölkə başçısına öz təkliflərimi rəsmi şəkildə göndərdim ki, hansı istiqamətlərdə işlərin görülməsi faydalı olar”.

Alimin sözlərinə görə, hazırda təkliflər müzakirə prosesindədir və müzakirələrdən sonra qərar qəbul ediləcək ki, hansı istiqamətlərdə işlər görülsün:

“Fikrimcə, Rəsulzadənin irsinin araşdırılması istiqamətində ciddi işlər görülməlidir. Həmçinin Rəsulzadənin qoyub getdiyi zəngin irs, kitablar, yazılar, məqalələr, çıxışlar və məktublar var ki, onlar toplanıb çap edilməlidir. 

Eyni zamanda Məhəmməd Əmin Rəsulzadənin heykəlinin qoyulması ilə bağlı məsələlər də müzakirə edilməli və onun haqqında filmlər çəkilməlidir. Yəni onun irsinin araşdırılması ilə bağlı bir çox işlər görülməlidir”.

Həmsöhbətimiz düşünür ki, dövlət tərəfindən Rəsulzadənin həyatı və yaradıcılığı barəsində tədbirlər görüləcək:

“Çünki onun 140 illiyi ilə bağlı sərəncam verilibsə, təbiidir ki, müəyyən işlər görüləcək. Mən onunla bağlı müəyyən digər fəaliyyətlərin göstərilməsini də zəruri hesab edirəm. 

Bu mənada təkliflərimi göndərmişəm və bu təkliflər müzakirə prosesində olduğuna görə hansı istiqamətlərdə qərarların qəbul ediləcəyini bilmirəm. Hesab edirəm ki, bu sərəncam tariximizdə rol oynayan şəxsiyyətlərimizə qarşı olan diqqətli yanaşmanın göstəricisidir”.

M. Ə. Rəsulzadənin dövlətçilik tariximizdəki rolu və mövqeyindən söhbət açan müsahibimiz əlavə edib ki, onun bu barədə yalnız bir cavabı mövcuddur:

“Hansı ki, bu cavabı Rəsulzadənin ən yaxın mütəfəkkir dostu və silahdaşı olan Mirzəbala Məmmədzadə verib və mən bundan yüksək bir cavab tapa bilməmişəm. 

Mirzəbala Məmmədzadə yazır ki, “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan milli qurtuluş hərəkatının böyük ideoloqudur”. 

Çünki Rəsulzadə həqiqətən böyük bir ideoloq olub. O, Azərbaycanın istiqlaliyyətinin əldə edilməsinin, müstəqil dövlət qurmağın ideoloji əsaslarının və ən mühüm amil olan İstiqlal Məfkurəsinin hazırlanmasının banilərindən biri olub”.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!