Bu şəxslər 12 min manatadək cərimələnəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər 12 min manatadək cərimələnəcək

Sosial

07 May 2024 14:44 424


Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə “Tütün və tütün məmulatı haqqında” qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə vəzifəli şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək məbləğdə cərimə ediləcək. pizza sifarişi

Dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!