Bu sosial şəbəkə tanışlıq xidmətini işə salıb

saytların hazırlanması

Evə çatdırılma

Bu sosial şəbəkə tanışlıq xidmətini işə salıb

Sosial

22 Yanvar 2025 14:10 207


Odnoklassniki "OK Dating" tanışlıq xidmətini işə salıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkə daxilində mini proqram və ayrıca mobil proqram şəklində təqdim olunur.

Xidmətin auditoriyası ənənəvi onlayn tanışlıq mexanikasına öyrəşmiş, dostlar tapmağa, uzunmüddətli əlaqələrə və ailə yaratmağa yönəlmiş istifadəçilərdir. Marqarita pizza

"OK Dating"də ümumi maraqları və hobbiləri olan tərəfdaş axtara bilərsiniz. İstifadəçinin təqdim olunan kateqoriyalardan uyğun olanları əlavə edərək, öz profilində 7-yə qədər marağı qeyd etmək imkanı var. Onların arasında yemək bişirmək, bağçılıq, aktiv istirahət, əl işləri, balıqçılıq və s yer alır.

"OK Dating" xidməti pulsuzdur, lakin o, proqram daxilində genişləndirilmiş funksionallığı təmin edən əlavə ödənişli funksiyalar təklif edir.

Qeyd etmək vacibdir ki, OK Dating proqramında qeydiyyatdan keçən istifadəçilərin məlumatları məxfidir və qorunur. Onlar Odnoklassniki sosial şəbəkəsində istifadəçilərin profillərində göstərilməyəcək. Şəxsin OK Tanışlıq xidmətindəki profili onun dostları və ya sosial şəbəkə daxilində qara siyahıdakı şəxslər tərəfindən görünməyəcək.//BAKU.WS 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!