“Buna sevinən ən şərəfsiz adamdır” - Nüşabədən ağır sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Buna sevinən ən şərəfsiz adamdır” - Nüşabədən ağır sözlər

Şou

08 Oktyabr 2022 13:12 1448


Müğənni Nüşabə Musayeva ad çəkmədən həmkarına söz atıb. 

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edib:

“Bir zamanlar mənim rəqsimə rişxənd edən ifaçı ikinci ailəsindən ayrıldı. Allah köməyi olsun. Mənim iki qızım var. İkisini də atasız böyütmüşəm. İstəmirəm kiminsə ailəsi dağılsın. Buna sevinən isə ən şərəfsiz adamdır. Dominos pizza

Həmin ifaçı mənə deyirdi ki, “rəqslərinə görə qapını döyən olmayacaq”. Görürsən, qapı döyülmək, ailə dağılması, insanın taleyində yaranan hər hansı bir uğursuzluq geyimlə, rəqslə olçülmür. Bu, bir taledir, alın yazısıdır.

Şükürlər olsun ki, övladlarımın tərbiyəsi göz önündədir. Qapım da döyüldü, övladıma yaraşan, qisməti də çıxdı, ailəsi də başına and içir. Allahın işinə qarışmayın. O qərar verər kimin taleyini necə yazar. Kimlərəsə rişxənd etməyin. Qınamayın. Dediklərinizi yaşamadan ölməyəcəksiz”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!