Çin ABŞ-da baza qurur

Çin ABŞ-da baza qurur

Dünya Veb saytların hazırlanması

09 İyun 2023 12:18 527


Çin ABŞ-a qarşı casusluq etmək üçün Kubada gizli baza quracaq.

Yenisabah.az "The Wall Street Journal"a istinadla xəbər verir ki, Pekin öz obyektini adada yerləşdirmək üçün bir neçə milyard dollar ödəyəcək.

Bu barədə çox məxfi məlumatlarla tanış olan mənbələr danışıb.

Baza radar kəşfiyyatı aparacaq. Xüsusilə, müxtəlif rabitə kanalları, o cümlədən peyk vasitəsilə aparılan mesajları tutmaq və zəngləri dinləmək.

Mənbələrin bildirdiyinə görə, Çin strukturu ABŞ-ın Florida ştatından 160 kilometr aralıda yerləşəcək və orada yerləşən ABŞ hərbi bazalarına nəzarət etməklə yanaşı, gəmilərin hərəkətini izləyə biləcək.

“The Wall Street Journal” yazır ki, Çinin Kubada hərbi obyektinin görünməsi Ağ Evdə təşviş yaradıb. Vaşinqton Pekini özünün ən mühüm iqtisadi və hərbi rəqibi hesab edir. ABŞ-a yaxın inkişaf etmiş hərbi və kəşfiyyat imkanlarına malik Çin bazası yeni və görünməmiş təhlükəyə çevrilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!