COP29 öncəsi bu sahədə ciddi bahalaşma: Səbəb nədir?

saytların hazırlanması

Evə çatdırılma

COP29 öncəsi bu sahədə ciddi bahalaşma: Səbəb nədir?

Sosial

17 Oktyabr 2024 17:26 822


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə bir gecə qalmaq üçün orta qiymət 154,7 manat təşkil edib. Dövlət Turizm Agentliyinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 % çoxdur.

Təkcə noyabr ayında, öncədən bron edilmiş hotellərdə bir gecə qalmaq üçün orta qiymət 406,2 manat olub ki, bu da bir il əvvələ nisbətən 4 dəfə çoxdur.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan turizm üzrə ekspert Cabir Dövlətzadə bildirib ki, qiymətlərin artımı, birbaşa olaraq, noyabrda keçiriləcək COP29 tədbiri ilə bağlıdır: Dominos pizza

“Bunun belə olması normaldır. Çünki Azərbaycanda keçiriləcək COP29 tədbiri çox böyük bir qlobal tədbirdir. Bu tədbirin müddəti rəsmi olaraq 11 gün olsa da, qonaqların qalma müddəti təqribən 2 həftə təşkil edir.

Qonaqlar mərhələli gələcək. Onların bəziləri 3 gün, bəziləri 5 gün, bəziləri isə 1 həftə Azərbaycanda qalacaq. Bu müddət ərzində ölkəyə orta hesabla 40-60 min qonağın gələcəyi gözlənilir.

Hotellərdə noyabr ayında qiymətlərin qalxması da elə məhz bununla bağlıdır. Çünki burada qiymətlər tələbə görə müəyyən olunur”. 

Ekspert qeyd edib ki, tədbirdən sonra qiymətlər nisbətən ucuzlaşacaq:

“Nə qədər çox tələb varsa, bazarda qiymət həmin istiqamətdə formalaşır. Buna görə qiymətlərin 400 manatdan yüksək olması normaldır. Ancaq sonrakı dövrdə, xüsusən, COP29 bitdikdən sonra qiymətlər enəcək. Çünki qış ayları ümumən otelçilik üçün zəif mövsüm hesab olunur. Nisbətən Yeni il dövründə qış turizmi ilə əlaqədar Bakıya gələnlərin çoxalması, hotellərə tələbi artırır. Yəni COP29-un keçirilməsi mövsümünoyabr ayında yüksəlməsinə səbəb olub”. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!