COVID-ə yoluxanların sayı 585 milyon nəfəri ötdü

saytların hazırlanması

Evə çatdırılma

COVID-ə yoluxanların sayı 585 milyon nəfəri ötdü

Dünya

04 Avqust 2022 08:14 881


Dünyada koronavirusa yoluxanların sayı 585 143 027 nəfərə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins İnstitutu məlumat yayıb.

İndiyədək dünyada 6 424 682 insan COVID-19-dan ölüb, eyni zamanda, koronavirusa yoluxmuş 555 milyon 361 787 insan sağalıb. pizza hut

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da (93 319 702 yoluxma) qeydə alınıb. Birləşmiş Ştatlar dünyada ölüm sayına (1 055 975) görə də birincidir.

20 milyondan çox yoluxma sayının qeydə alındığı ölkələrin siyahısında ikinci yerdə Hindistan (440 85 324), Fransa (33 960 131 ), Braziliya (33 890 428), Almaniya (31 044 554), Böyük Britaniya (23 304 479), İtaliya (21 170 600) və Cənubi Koreya (20 052 305) qərarlaşıb.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!