“Crocus City Hall”da törədilən terror aktının sponsoru Makrondur” - Medvedev

saytların hazırlanması

Evə çatdırılma

“Crocus City Hall”da törədilən terror aktının sponsoru Makrondur” - Medvedev

Dünya

06 Aprel 2024 17:59 702


“Moskva vilayətində “Crocus City Hall”da terror aktını törədənlər primitiv muzdlu qatillərdir”.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Onlar ya qanunauyğun, ya da başqa cür cavab verməli olacaqlar. Bütün dünyada terrorçularla eyni şəkildə davranırlar. Heç bir məhdudiyyət müddəti yoxdur”, - deyə o əlavə edib. Toyuqlu pizza

Medvedevin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun və digər Qərb liderlərinin bu terrorda əli var.

“Makron və bir sıra digər Qərb liderləri bu dəhşətli terror aktının sponsorlarıdır. Bunun üçün heç bir bağışlanma yoxdur. Burada toxunulmazlığın arxasında gizlənmək mümkün deyil”, - deyə Medvedev vurğulayıb.

Xatırladaq ki, martın 22-də Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar. Hadisə nəticəsində 550-dən çox insan yaralanıb, 145 nəfər həlak olub. Terrorçular saxlanılıblar. İstintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!