Daha 119 vətəndaşımız Gürcüstandan təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Daha 119 vətəndaşımız Gürcüstandan təxliyə edildi

Sosial

19 Avqust 2020 11:52 1025


Gürcüstandan daha 320 nəfər Azərbaycana təxliyə edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, təxliyə edilənlərdən 119-u Azərbaycan, qalanları isə Azərbaycanda daimi və müvəqqəti yaşayış icazəsi olan Gürcüstan və Rusiya vətəndaşıdır. pizza mizza

Onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd keçid məntəqəsinə yola salınıblar.

Təxliyə edilənlər ötən gün Tbilisidəki klinikalardan birində PZR testindən keçiriliblər və onlardan heç birində virusa yoluxma müəyyən edilməyib.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana ümumilikdə 2060 nəfərin təxliyəsi həyata keçirib, 398 vətəndaşımızın isə müxtəlif ölkələrdən Gürcüstan ərazisi ilə ölkəyə qayıdışı təmin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!