Daha neçə il maska taxmalıyıq? – Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Daha neçə il maska taxmalıyıq? – Açıqlama

Sosial

19 Avqust 2020 07:21 1123


Rusiyalı virusoloq Sergey Netesov insanların daha 2 il maska taxmaq taxmaq məcburiyyətində qalacağını bildirib.

“Yeni Sabah” bildirir ki, Novosibirsk Dövlət Universiteti Biotexnologiya və Virusologiya Laboratoriyasının müdiri professor Sergey Netesov Sputnik-ə verdiyi açıqlamasında yeni növ koronavirusun (KOVİD-19) bir müddət sonra "90% ehtimalla" mövsümi bir xəstəliyə çevriləcəyini qeyd edib: "Virus təkamülü baxımından 8 ay yalnız bir an kimidir. Virus on illərlə, yüz illərlə inkişaf edəcək. Vaxtaşırı daha az təsirli olacaq və zəifləyəcək".

İnsanlar əllərini tez-tez yuyub maska taxarsa, digər mövsümi tənəffüs xəstəliklərinin, eləcə də koronavirusun ikinci dalğasının qarşısını ala biləcəyini qeyd edən mütəxəssis, belə davam edib: "Payız gəlir, təbii ki, günəşin ultrabənövşəyi şüası azalacaq. Bu da virusların daha fərqli səthlərdə və spreylərdə yaşayacağı deməkdir". pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!