Müğənni Damlanın 5 milyona yaxın izlənmə sayı olan “Mən razı” klipi "Youtube" kanalından silinib.
Yenisabah.az xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə məlumat verib. Damla saxta blokla mahnısının bağlatdırıldığını bildirib:
““Mən razı” adlı mahnımız "Youtube" kanalımdan sildirildi. Saxta blokla mahnımızı bağladılar. Uğurun zamanını gecikdirmək olar, amma əsla qarşısını almaq mümkün deyil. Zamanınızı və pulunuzu daha səmərəli istifadə edin. Sizə lazım olacaq. Bu qədər aciz olmayın”.
pizza sifarişi
Telegram kanalımız