Dələduzluqda ittiham olunan sayt rəhbərinə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Dələduzluqda ittiham olunan sayt rəhbərinə hökm oxundu

Kriminal

12 İyun 2023 15:09 946


Dələduzluqda ittiham olunan sayt rəhbəri Etibar Toğrulun (Əliyev) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Etibar Toğrul verilmiş ittihamla təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Dominos pizza

İttihama görə, Etibar Toğrul 3 nəfərə yalan vəd verərək onların 123 min manat pulunu ələ keçirib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Etibar Toğrul "Xəbər var" qəzetində baş redaktor, "Vetenperverler.az" saytında redaktor kimi fəaliyyət göstərib.

O, həmçinin "XeberBiz.com" və "TehsilXeber.com" xəbər portalının rəhbəridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!