“Dərman içib özünü öldürmək istədin, xərəyə qoyub apardılar“ - Video

saytların hazırlanması

Evə çatdırılma

“Dərman içib özünü öldürmək istədin, xərəyə qoyub apardılar“ - Video

Şou

24 Sentyabr 2022 11:10 1363


Müğənni Rəqsanə İsmayılovanın "Göz önündə" adlı YouTube layihəsi yayımlanıb.

Yenisabah.az xəbər verir ki, o, verilişinə ilk qonaq kimi qızı və həmkarı Aysun İsmayılovanı dəvət edib.

Bir çox mövzuya toxunan gənc ifaçı uşaqlıq illərindən də danışıb. Dördpendirli pizza

O, vaxtilə atasının anasını döydüyü üçün Rəqsanənin intihara cəhd etdiyini açıqlayıb:

“Uşaqların pis xatirələri varsa, hər zaman yaddaşda qalır. Atam səni heç nəyin üstündə döymüşdü. Onda Moskvada idik, sən özünü öldürmək istəmişdin. Dərman içmişdin. Ellada xalam gəldi, səni təcili yardımla apardılar. Mənə xalam baxdı. Uşaqlıq xatirələrimdən o yadımdadır. Sən yerdə idin mən "ana, ana" deyib qışqırırdım, səni xərəyə qoyub apardılar”.

Verilişdən olan həmin hissəyə 19-cu dəqiqədən etibarən baxa bilərsiniz:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!