Diqqət: Nazirlik məlumat yaydı   - 8 yanvar 18:00-dan etibarən...

saytların hazırlanması

Evə çatdırılma

Diqqət: Nazirlik məlumat yaydı - 8 yanvar 18:00-dan etibarən...

Sosial

30 Dekabr 2020 18:29 1784


8 yanvar 2021-ci il saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Marqarita pizza

Portalda mövcud sorğuların tamamlanması  prosesi 13 yanvar 2021-ci il saat 18:00-dək davam edəcək.

Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!