Direktor-aktrisa davası: “Şəxsi zəmindədir“

saytların hazırlanması

Evə çatdırılma

Direktor-aktrisa davası: “Şəxsi zəmindədir“

Şou

17 May 2023 15:59 1175


Mədəniyyət Nazirliyi bir neçə gün bundan əvvəl aktrisa Ülviyyə Əliyeva Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevlə arasında yaranan gərginliyə münasibət bildirib.  

Yenisabah.az OLay-a istinadla xəbər verir ki, nazirliyin media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova qalmaqalın şəxsi münasibət zəminində olduğunu deyib:

“Dedi-qodulara, şəxsi münasibətlər haqqında rəylərə baxdıqda münasibət bildirmək qeyri-ciddidir. Fikir verirsinizsə, bu sahədə xeyli işlər görülür. Təəssüf ki, enerjimizin bir hissəsini də belə formada dedi-qodulara həsr etməli oluruq. Çünki həqiqətən hər dəfə belə müzakirələrin yoxlanılması və araşdırılması üçün əməlli vaxt və resurlarımızı istifadə edirik”. Marqarita pizza

Bundan başqa, Aynur Kərimova sosial mediada bəzi teatr rəhbərliklərinin öz əməkdaşlarına mətbuata müsahibə verməsinə qadağa qoyduğu barəsində yayılan iddialara da münasibət bildirib:

“Bu an bəzi media orqanlarının gündəmininin böyük hissəsini sənət adamları ilə bağlı fərqli, müxtəlif yazılar, bəzən ümumiyyətlə gerçəkliyə əsaslanmayan dedi-qodular və s. tutur. Lütfən, bizi belə səviyyəyə salmayın”.

Qeyd edək ki, Ü. Əliyeva “Qafqazinfo”ya bildirmişdi ki, 25 ildir sözügedən teatrda çalışmasına baxmayaraq, ona hələ də fərxi ad verilməyib. İddialara cavab verən rəhbərlik isə fəxri adın növbə ilə verildiyini demişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!