Prezident bu diplomatları geri çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Prezident bu diplomatları geri çağırdı

Rəsmi

27 İyul 2026 13:37 1259


Nərminə Mustafayeva Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu, eyni zamanda, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının daha bir Sərəncamı ilə Zamin Əliyev isə Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb. Toyuqlu pizza

Digər Sərəncamlarla Qoşqar Zeynalov Qars şəhərinə, Zamin Əliyev isə İstanbul şəhərinə baş konsul təyin ediliblər.

N.Mustafayeva 2020-ci ilin iyulunda, Z.Əliyev isə 2024-cü ilin noyabrında həmin vəzifəyə təyin edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!