İranın Əfqanıstanla həmsərhəd olan Sistan və Bəlucistan əyalətinin polis komandiri, briqada generalı Dustəli Cəlilian əyalətdə 7 narkotik alverçisinin həbs edildiyini və 1218 kiloqram qeyri-qanuni narkotik maddənin ələ keçirildiyini açıqlayıb.
Yenisabah.az "mehr"ə istinadla xəbər verir ki, cənub-şərq əyalətində polis qüvvələri ölkənin mərkəzi rayonlarına qanunsuz narkotiklərin böyük partiyasını keçirməyə cəhd edən əyalətdə narkotik alverçilərinin silahlı dəstəsini müəyyən edə bilib.
Cəlilianın sözlərinə görə, əməliyyat zamanı 7 qaçaqmalçı saxlanılıb, 1218 ton müxtəlif növ narkotik vasitə müsadirə edilib.
Dünyanın ən böyük narkotik istehsalçısı ilə yaxınlıq İslam Respublikasının əsas narkotik ticarəti yollarından biri kimi ağır yükü çiyninə götürməsi deməkdir.
İran sərhədlərini bağlamaq və Avropa, Ərəb və Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulan narkotiklərin tranzitinin qarşısını almaq üçün 700 milyon dollardan çox vəsait xərcləyib.
Telegram kanalımız