Mahmud Əhmədinejada ABŞ-da sanksiya siyahısına salınması ilə bağlı bəyanat verməyə hazırlaşır.
Yenisabah.az Doulət-e Bahar-a istinadla xəbər verir ki, bu barədə ilkin məlumat yayıb.
“ABŞ prezidenti Co Baydenin 9-cu və 10-cu administrasiyalarda İran prezidenti olmuş doktor Əhmədinejada qarşı ədalətsiz və əxlaqsız ittiham irəli sürülməsi ilə bağlı bəyanatının dərcindən sonra onun bürosu yaxın zamanda bununla bağlı bəyanat dərc edəcək".
Xatırladaq ki, Co Bayden İran və ABŞ arasında əsirlərin mübadiləsi ilə eyni vaxtda deyib: "Amerikalıların vətənlərinə qayıtmasını qeyd etməklə bərabər, geri dönməyənləri də xatırlayırıq. Mən İrandan Bob Levinsonun başına gələnlərlə bağlı tam izahat verməsini istəyirəm. Levinson ailəsinin cavablara ehtiyacı var.
Bu gün biz keçmiş prezident Mahmud Əhmədinejada, eləcə də İranın Kəşfiyyat Nazirliyinə, "Levinson Qanunu"na əsasən, qanunsuz həbslərdə iştirak etdiklərinə görə sanksiya tətbiq edirik. Biz vətəndaşlarımızın geri qayıtmasını alqışlayırıq və bütün amerikalılara İrana səyahətlə bağlı ciddi təhlükəni bir daha xatırladırıq. ABŞ pasportu olanlar oraya getməməlidirlər".
Telegram kanalımız