Xəbər verdiyimiz kimi dünən Şəmkir şəhərində iki mərtəbəli evdə yanğın hadisəsi baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yanan ev eks-deputat Sona Əliyevaya məxsus olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, vətəndaş Süleymanov Fuad Taptıq oğluna məxsus ümumi sahəsi 280 kvadratmetr olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsindəki qarajda baş verib. Nəticədə qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20 kvadratmetr sahədə yanıb, ev yanğından mühafizə olunub. Sezar pizza
Qeyd edək ki, Fuad Süleymanov Sona Əliyevanın qaynatasıdır.
Telegram kanalımız