“Əl-Qaidə“ lideri İrandadır? - Millət vəkilindən cavab

saytların hazırlanması

Evə çatdırılma

“Əl-Qaidə“ lideri İrandadır? - Millət vəkilindən cavab

Dünya

03 Avqust 2022 15:59 1011


İran parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü “əl-Qaidə” lideri Seyfülədl Misrinin İranda olması iddiasını təkzib edib.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bir sıra informasiya resursları və sosial şəbəkələrdə "əl-Qaidə"nin yaradıcılarından biri olan bu şəxsin Tehranda olması barədə xəbər yayıblar.

Ayman Zavahirinin ölümündən sonra onun terror qruplaşmasının lideri olacağı iddia olunur. Marqarita pizza

"Kiberməkanda bu cür xəbərlərin dərci yalnız Amerika və xarici media şirkətlərinin işidir. Seyfülədl Misrinin İranda olması həqiqətə uyğun məlumat deyil", - deyə parlament komissiyasının üzvü Fədahüseyn Maliki vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!