Əli Əhmədov atalar məsəlinin belini qırdı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əhmədov atalar məsəlinin belini qırdı

Sosial

29 Oktyabr 2024 13:31 2457


Bir sıra ölkələrdə ənənəvi olaraq, ucuz mala şübhə formalaşıb.

Yenisabah.az  xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin oktyabrın 29-da keçirilən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə orta qiymətdən aşağı təklif edilən məhsulu heç kim almır: Dominos pizza

“Çünki məhsulun ərsəyə gəlməsi üçün müəyyən xərc çəkilməlidir. Bu xərcdən ucuza başa gələn malda hansısa problem olduğunu bilirlər. Azərbaycanda da bu situasiyaya uyğun “ucuz məhsulun keyfiyyətli yeməyi olmur” (Yəqin Əli Əhmədov “ucuz ətin şorbası olmaz” məsəlini nəzərdə tutub – red.) məsəli boşuna yaranmayıb”./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!