Əliağa Vahidin qəzəli üstündə dava düşdü - 2 nəfər bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Əliağa Vahidin qəzəli üstündə dava düşdü - 2 nəfər bıçaqlandı

Kriminal

04 İyun 2023 08:36 1179


Masazır qəsəbəsində kütləvi dava düşüb.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində baş verib.

 Mübahisə kafedə Əliağa Vahidin qəzəlinə görə yaranıb. Qəzəli səhv deyən şəxslə 2 nəfər arasında yaranan mübahisə davaya çevrilib. Dava zamanı 1986-ci il təvəllüdlü İbrahimli Xəqani Nizami oğlu və onun dostu 1981-ci il təvəllü Məhərrəmov Şahin Vahid oğlu bıçaqlanıb. Onları Xəyal adlı şəxsin bıçaqladığı iddia olunur. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, X.İbrahimlinin vəziyyəti daha ağırdır. Sezar pizza

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!