Əlillərə verilən avtomobillərin satılması və bağışlanması qadağan olundu 

saytların hazırlanması

Evə çatdırılma

Əlillərə verilən avtomobillərin satılması və bağışlanması qadağan olundu 

Sosial

25 İyun 2024 15:20 508


Əlilliyi müəyyən edilmiş şəxsə verilən reabilitasiya vasitələrinin satılması və bağışlanması qadağan edilib. 

Yenisabah.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. 

Belə ki, sənədə yeni bənd əlavə olunub. Qeyd edilib ki, bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, şəxsə verilmiş reabilitasiya vasitələrinin satılması və ya bağışlanması qadağandır.  Toyuqlu pizza

Qaydanın 3.14-cü bəndi isə belədir: Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır və vəfat etmiş Şəxsin ailəsinin mülkiyyətinə verilir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!