Əliyev: Sülh prosesi vasitəçilərsiz aparılır

saytların hazırlanması

Evə çatdırılma

Əliyev: Sülh prosesi vasitəçilərsiz aparılır

Siyasət

01 May 2024 11:27 335


Azərbaycan prezidenti İlham Əliyev ölkənin Ermənistanla sülh əldə etmək üçün fəal iş apardığını bəyan edib.

Yenisabah.az xəbər verir ki, o, Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" adlı VI Ümumdünya Forumunun açılışında bildirib:

“Azərbaycanın hazırladığı sənəd əsasında danışıqlar aparılır. İndi biz sərhədlərin delimitasiyası ilə bağlı müsbət tendensiya başlandığını görürük”.  Dominos pizza

Prezidentin sözlərinə görə, sərhədin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə olunan razılaşmalar əsasında, heç bir vasitəçi olmadan həyata keçirilir:

“Bu, bir daha göstərir ki, vasitəçilərə ehtiyacımız yoxdur, xüsusən də öz maraqlarından çıxış edənlər kömək etmək istəmirlər, öz siyasi və iqtisadi maraqları maraqları regiona nüfuz etməyə çalışırlar. Yenidən bölgəni alovlandırmaq istəyirlər. Biz buna imkan verməyəcəyik”.

Əliyev əlavə edib ki, Cənubi Qafqazda sülhə yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması nəticəsində nail olmaq mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!