Əliyev Şuşaya “İsgəndər-M” atılmasını Putinlə müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Əliyev Şuşaya “İsgəndər-M” atılmasını Putinlə müzakirə etdi

Siyasət

13 Aprel 2021 14:42 778


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda, ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda “İsgəndər-M” raketlərinin qalıqlarının tapılmasını müzakirə edib.

Yenisabah.az-ın məlumatına görə, Prezident deyib ki, Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı rəsmi məktub göndərib.

“Aprelin 1-də rusiyalı həmkarım Vladimir Putinlə telefon danışığım oldu. Adətən bildiyiniz kimi, telefon danışıqlarının məzmunu tərəflər arasında razılaşdırılır, birgə, razılaşdırılmış informasiya yayılır. Lakin mən Azərbaycan xalqından heç nəyi gizlətmirəm və hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz bu məsələni müzakirə etmişik. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyi fotolarla, sübutlarla birlikdə rəsmi məktub göndərib. Lakin biz hələlik heç bir cavab almamışıq”,-Əliyev bildirib. pizza sifarişi

Azərbaycan dövlət başçısı rəsmi Yerevanın bu raketlərin istifadə olunması ilə bağlı bəyanatlarını da “qəribə” adlandırıb. “Onlar gah deyirlər raketlər partlamayıb, gah deyirlər bu sirrdir. Deməli hər halda istifadə olunub. Biz rəsmi Yerevandan cavab gözləyirik. Mən sizə deyə bilərəm ki, bizdə kifayət qədər informasiyalar var, amma biz rəsmi izahat gözləyirik”,-İlham Əliyev əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!