“Əllərinə çomaq alıb camaatın...” - Daşkəsəndə nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

“Əllərinə çomaq alıb camaatın...” - Daşkəsəndə nə baş verir?

Kriminal

12 İyun 2023 14:44 9670


Daşkəsən rayonunun Xoşbulaq kəndində bir neçə nəfərin yerli hakimiyyət orqanlarının və polisin fəaliyyətini tənqid etməsindən sonra  inzibati qaydada həbs edilməsi böyük rezonansa səbəb olub.

Qeyd edək ki, həmin şəxslər iddialarında Xoşbulaq yaylaqlarının kənar adamlara verilməsindən narazılıq edib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb: “Xoşbulaq yaylaqları uzun illərdir ki, təkcə daşkəsənli fermerlərin deyil, ölkənin bir neçə aran rayonundan olan fermerlərin də istifadəsində olub. Bu, sovetlərdən bu günə qədər belə olub. pizza

Bu söz-söhbəti yaradanlar çox deyil. 2-3 nəfərdir. Onları isə kənddə hamı tanıyır. Torpaq satışı ilə məşğul olurlar. Təsəvvür edin ki, fermerlərin əllərində Əmlak  Xidmətindən aldığı ÇIXARIŞ var. Ancaq əllərinə çomaq alıb camaatın qarşısını kəsirlər. Pul tələb edirlər. Başqa qanunsuz tələblər isrəli sürürlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!