Elmar Məmmədyarov deputat ola bilər? - AÇIQLAMA 

saytların hazırlanması

Evə çatdırılma

Elmar Məmmədyarov deputat ola bilər? - AÇIQLAMA 

Siyasət

03 May 2024 12:08 432


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin daha tez keçirilə biləcəyi ilə bağlı dünənki açıqlaması ölkə gündəmin əsas mövzusuna çevrilib. 

Milli Məclisin bir sıra deputatları da builki parlament seçkilərinin vaxtından əvvəl – avqust-sentyabr ayında keçiriləcəyini Modern.az-a müsahibələrində bildiriblər.

Artıq bəzi partiyalar seçkilərə hazırlığa start veriblər. Bununla yanaşı, tanınmış şəxslər də deputat olmağı hədəfləyirlər. pizza

Maraqlıdır, sabiq xarici işlər naziri Elmar Məmmədyarovu da parlamentdə görə bilərikmi?

Modern.az saytı bu sualla onun özünə müraciət edib. Eks-nazirin cavabı belə olub:

“İnanmıram ki, bu mənim üçün yaxşı fikir olar. Yəqin ki, bu, mənə görə deyil”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!