Elnarə ərindən danışdı: “Ona 2 həftə həsrət qaldıq“

Elnarə ərindən danışdı: “Ona 2 həftə həsrət qaldıq“

Şou Veb saytların hazırlanması

29 Sentyabr 2022 16:56 965


Müğənni Elnarə Xəlilova hərbçi həyat yoldaşı Rövşən Cahangirovdan danışıb.

Yenisabah.az xəbər verir ki, “Səhər mərkəzi” verilişində qonaq olan sənətçi Ermənistanın Azərbaycana sonuncu hücumu zamanı ərinin sərhəddə olduğunu bildirib:

“Rövşən 15 sentyabrda Ərtuğrulu (oğlu - red.) birinci sinifə yola salmaq istəyirdi. Məlum səbəblərə görə, Bakıda deyildi. Sərhəddə idi. Öz öhdəsinə düşəni edirdi. Biz ona 2 həftə həsrət qaldıq. Hər gün ürəyimiz onunla idi. Hər kəs necə qardaşının, atasının, nişanlısının, həyat yoldaşının yolunu gözləyirdi. Biz də ailə başçımızı gözləyirdik. Yaxşı ki, tələbələrim və övladlarım var. Onlar mənim başımı qatırlar. Hazırda gəlib, evdədir”.

Qeyd edək ki, Elnarə Dövlət Sərhəd Xidmətində kapitan rütbəsini daşıyır. Onun həyat yoldaşı Rövşən Cahangirov isə mayorudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!