Əmək pensiyaları ilə bağlı YENİLİK -   Prezident dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

Əmək pensiyaları ilə bağlı YENİLİK - Prezident dəyişiklik etdi

Sosial

28 Yanvar 2025 17:15 16846


Əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək.

 “Yeni Sabah” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulacaq. Dominos pizza

Eyni zamanda Prezident İlham Əliyevin təsdiqlədiyi “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əlavə edilən yeni maddəyə əsasən, Sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulacaq.

 Həmçinin, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sosial müavinətlər haqqında” qanuna əlavə edilən yeni maddəyə görə, müavinətlərin təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək.

 Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!