Əmirbəyov: Naxçıvan əlaqə Azərbaycan üçün milli təhlükəsizlik məsələsidir

saytların hazırlanması

Evə çatdırılma

Əmirbəyov: Naxçıvan əlaqə Azərbaycan üçün milli təhlükəsizlik məsələsidir

Siyasət

28 Dekabr 2023 12:16 417


"Azərbaycanın hər iki tərəfi - Azərbaycan və Naxçıvan arasında əlaqə bizim üçün milli təhlükəsizlik baxımından, həmçinin Orta dəhliz üçün alternativ marşrutun təmin edilməsi baxımından çox vacibdir".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Guardian"a müsahibəsində deyib.

"Biz daha çox vaxt itirə bilmərik. Üç il keçib, amma Ermənistan hələ də 42 km-lik yolun texniki-iqtisadi qiymətləndirməsinə başlamayıb. Təbii ki, biz Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edə bilmərik və bu dəhlizi güc və ya bu kimi üsullarla təmin etmək üçün işğal edəcəyimizlə bağlı fikirlər cəfəngiyatdır. Biz B planı olaraq İran ərazisi vasitəsilə dəmir yolu və avtomobil yolu ilə əlaqə qurmaq üçün İrana müraciət etdik", - azərbaycanlı rəsmi bildirib. pizza mizza

Onun sözlərinə görə, alternativ marşrutun mövcudluğu Ermənistanı öz ərzisindən keçən dəhlizə müqavimət göstərməklə nələr itirə biləcəyini anlamağa kömək edə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!