Keçmiş xarici işlər nazirinin müavini Abbas Əraqçi böyük ehtimalla İslam Respublikasının yeni prezidenti Məsud Pezeşkianın hökumətində xarici siyasət idarəsinin rəhbəri olacaq.
Yenisabah.az “Təsnim”ə istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.
Pezeşkianın siyasi məsləhətçiləri hesab edirlər ki, Əraqçi ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik etmək üçün ən münasibdir. Əgər “xüsusi heç nə” baş verməsə, siyasətçinin namizədliyi baxılmaq üçün İslam Respublikası parlamentinə təqdim olunacaq. pizza hut
Əraqçi artıq Pezeşkiyanın xarici siyasət məsələləri üzrə müşaviri vəzifəsində çalışır. O, xüsusilə, İslami müqavimət qruplarının liderləri və regionun dövlət başçıları ilə son telefon danışıqları zamanı seçilmiş prezidentə məsləhətlər verib.
Telegram kanalımız