Ərbakanın partiyası 60 bələdiyyəyə sahib oldu

saytların hazırlanması

Evə çatdırılma

Ərbakanın partiyası 60 bələdiyyəyə sahib oldu

Siyasət

01 Aprel 2024 10:00 340


Türkiyədə ötən gün keçirilən bələdiyyə seçkilərinin nəticələri müəyyən olub. 

Yenisabah.az xəbər verir ki, bələdiyyə seçkiləri sürpriz nəticələrlə yadda qalıb. Müxalif Cumhuriyyət Halk Partiyasının (CHP) 22 il sonra prezident Rəcəb Teyyub Ərdoğanın sədri olduğu AKP-ni üstələməsi hazırda ciddi müzakirə mövzusuna çevrilib. 

Analitiklər 31 mart seçkisinin əsas sürprizini isə Yenidən Refah Partiyası olduğunu bildiriblər.  pizza mizza

Qeyd edək ki, ilk dəfə seçki marafonuna qoşulan YRP 2 milyon 787 min nəfərin səsini alaraq yarışmanı 3-cü sırada başa vurub. YRP-nin aldığı səs faizi 6.15-dir. 

Bu göstərici Fatih Ərbəkanın rəhbərlik etdiyi partiyaya 60 bələdiyyə qazandırıb. Onlardan biri böyü kşəhər, digərləri isə rayon, qəsəbə və kənd bələdiyyələridir. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!