Ərdoğan və gürcü baş nazir BTK-nı müzakirə etdi

Ərdoğan və gürcü baş nazir BTK-nı müzakirə etdi

Dünya Veb saytların hazırlanması

18 Sentyabr 2023 10:45 300


Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Yenisabah.az “Anadolu”ya istinadla xəbər verir ki, görüş zamanı Ərdoğan iki ölkə arasında ikitərəfli ticarətin artırılması potensialını vurğulayaraq, onun 5 milyard dollara çatdırılmasını təklif edib.

Orta dəhlizin həyata keçirilməsinin vacibliyini müzakirə edən prezident Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsini əsas prioritet kimi qeyd edib.

Ərdoğan Gürcüstanda İslam din xadimi Fətullah Gülənin məktəblərinin bağlanmasının və aktivlərinin dondurulmasının vacibliyini vurğulayaraq, gürcü tərəfinin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!