“Ermənilərin artıq bir neçə gündür atəşkəs sazişini pozması, Azərbaycan əskərlərinin yaralanması Rus sülhməramlı qüvvələrindən təcili və qətiyyətli addımlar atmağı tələb edir”.
“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, ilk növbədə DQ-da silahlı qüvvələri 100 faiz tərksilah etmək lazımdır.
“Özünü DQ-ın administrasiyası, Prezidenti və ya nazirləri adlandıran şəxslərə onların silahlı qüvvələr saxlamağa heç bir icazəsi olmadığını başa salmaq lazımdır. pizza mizza
Ermənilər qətiyyətlə zorla başa salınmasa, onların terror aktları davam edəcək”.
Telegram kanalımız