Ermənistan çalxalanır - Ankara ilə İrəvan arasında Tiflis görüşü

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan çalxalanır - Ankara ilə İrəvan arasında Tiflis görüşü

Siyasət

27 Aprel 2024 21:05 3106


Bu günlərdə Tiflisdə Türkiyə və Ermənistan müzakirələri keçirilib.

Yenisabah.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə hər iki tərəf rəsmi məlumat yaymasa da, dünən Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu telekanallardan birində mövzu ilə bağlı açıqlama verib.

Doğrudur, Uraloğlu geniş və əhatəli bir müzakirənin aparılmadığını da xüsusi qeyd edib. Lakin bu ötəri açıqlama erməni ictimaiyyətini qəzəbləndirməyə kifayət edib. Marqarita pizza

Tarix elmləri namizədi, türkoloq Varujan Qeqamyan görüşlə bağlı şərhində deyib ki, Ermənistan hakimiyyəti xalqın arxasında "hansısa" danışıqlar aparır və Ermənistan Respublikasının rəsmilərindən heç kim bu görüş barədə məlumat verməyib.

varujan_qeqamyan.jpg (33 KB)

"Ermənistan tərəfindən Zəngəzur dəhlizi ilə bağlı mahiyyətcə heç bir müqavimət yoxdur; üstəlik, bu yaxınlarda Gürcüstanda (Tiflis) türkiyəli nazir müavininin də iştirak etdiyi görüş çərçivəsində bu mövzuda erməni - türk müzakirəsi baş tutub" - Qeqamyan əlavə edib.

Erməni türkoloq vurğulayıb ki, Tavuş mövqelərinin və kəndlərinin təslim edilməsi Sünikdən keçməklə Türkiyə dəhlizi tələbinin yerinə yetirilməsini asanlaşdırır və sürətləndirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!